Finlandiya polisi barıt zavodunun yaxınlığında PUA-ların qanunsuz uçuşlarını araşdırır

2025/02/1739269418.jpg
Oxunub: 484     14:10     11 Fevral 2025    
Finlandiya polisi barıt istehsalı zavodunun yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz uçuşlarını araşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Yle” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Polis Vihtavuoridəki (Mərkəzi Finlandiya) “Nammo” barıt zavodunda bir neçə icazəsiz PUA uçuşunu araşdırır", - materialda qeyd olunur.

Mərkəzi Cinayət Polisinin cinayət işləri üzrə komissarı Yussi Luoto bildirib ki, hüquq-mühafizə orqanları “Nammo” zavodunun ərazisində və ya bilavasitə yaxınlığında bir neçə dəfə PUA uçuşu qeydə alıb.

Telekanal dəqiqləşdirib ki, zavodun ərazisi və ətrafı uçuşsuz zonadır. Araşdırma ilkin mərhələdədir, buna görə də polis hadisələrin təfərrüatlarını açıqlamır. Dron uçuşları yanvarda və fevralın əvvəlində qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   PUA  


Bizi "telegram"da izləyin