Tramp daha bir yüksək vəzifəli məmuru işdən azad edib

2025/02/image-1738988916.jpg
Oxunub: 560     13:42     11 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar hökuməti yanında Etika Məsələləri Üzrə İdarənin rəhbəri Devid Uitemi tutduğu vəzifədən azad edib.

Ordu.az xəbər verir bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Uitem vəzifədən azad edilməsi ilə bağlı bildirişi elektron poçt vasitəsilə əldə etdiyini və prezidentin nədən belə bir qərar verdiyindən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-də Etika Məsələləri üzrə İdarənin rəhbərləri beş il müddətinə təyinat alırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin