Fitso: Ukrayna Slovakiya vasitəsilə tranzit qaz alır

2025/02/1739266228.jpg
Oxunub: 386     13:12     11 Fevral 2025    
Ukrayna Slovakiya vasitəsilə tranzit qaz alır, təchizatı xarici firmalar həyata keçirir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso sosial şəbəkələrdə məlumat yayıb.

"Qaz Ukraynaya ehtiyat boru kəməri vasitəsilə daxil olur. Bu qaz olmadan Ukrayna donardı, lakin Slovakiyanın buna aidiyyəti yoxdur. Təchizatçılar xarici firmalardır", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Slovakiya xarici şirkətlər tərəfindən gündəlik təxminən 7,5 milyon kubmetr həcmində qazın nəqlinin dayandırılması variantlarına baxmaq üçün mənəvi hüquqa malikdir.

"Avropadan Ukraynaya bu xarici tədarüklər qaz qiymətlərinə təzyiqi daha da artırır", - R.Fitso hesab edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Slovakiya  


Bizi "telegram"da izləyin