Ordu.az xəbər verir ki, BƏƏ prezidenti Məhəmməd bin Zaid əl-Nahyan iki ölkə arasında əməkdaşlığı müzakirə etmək üçün Fransaya səfər edib.
Fransa və BƏƏ-nin verdiyi ortaq yazılı açıqlamaya görə, Fransa prezidenti Emmanuel Makron Parisdəki Yelisey sarayında verdiyi şam yeməyində əl-Nahyanı qonaq edib.
Tərəflər SZ sahəsində əməkdaşlığı müzakirə ediblər.
İki ölkə arasında texnologiya sahəsində “ortaq çərçivə razılaşması” əldə edilib və bu çərçivədə Fransada SZ əsaslı texnologiya şəhərciyinin yaradılması qərara alınıb.
Görüş zamanı iki lider bu sahədə strateji tərəfdaşlıq qurmaq istəklərini ifadə ediblər və SZ-nin dəyər zəncirinin inkişafına dəstək vermək üçün əməkdaşlıq layihələrini, investisiyaları araşdırmağa sadiq olduqlarını bildiriblər.
Bu kontekstdə SZ sahəsinə investisiyalar qoyulması, ən müasir çiplərin və məlumat mərkəzlərinin alınması kimi müxtəlif addımların atılması gözlənilir.
İki lider önümüzdəki aylarda SZ sahəsində əməkdaşlıq layihələrinin inkişafını yaxından izləmək barədə razılığa gəliblər.
Sevinc Əliyeva
Ordu.az