Tayvan ABŞ-dən Hava Hücumundan Müdafiə kompleksləri alacaq

2025/02/1739260591.jpg
Oxunub: 464     11:43     11 Fevral 2025    
Tayvan ABŞ-dən 761 milyon dollar məbləğində NASAMS Hava Hücumundan Müdafiə (HHM) kompleksləri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti adanın müdafiə idarəsinə istinadən yazır.

"Tayvan adanın şimalında hava hücumundan müdafiə imkanlarını dəstəkləməklə üçün üç NASAMS raket kompleksinin alınmasına dair ABŞ ilə 24,99 milyard yeni Tayvan dolları (761 milyon dollar) məbləğində müqavilə imzalayıb", - qəzet qeyd edib.

Tədarüklər 31 dekabr 2030-cu il tarixinədək həyata keçirilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   ABŞ   HHM  


Bizi "telegram"da izləyin