Türkiyə ilə Malayziya arasında 11 müqavilə imzalanıb

2025/02/1739256462.jpg
Oxunub: 451     10:42     11 Fevral 2025    
Türkiyə ilə Malayziya arasında 11 müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

R.T.Ərdoğan deyib ki, Malayziya ilə imzalanan 11 müqavilə sənayedən turizmə qədər müxtəlif sahələrdə iki ölkə arasında əlaqələri inkişaf etdirəcək.

“Konkret əməkdaşlığımız daha da artacaq”, - o vurğulayıb.

Prezidentin sözlərinə görə, Türkiyə ilə Malayziya ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Malayziya  


Bizi "telegram"da izləyin