Fransa getdi, Türkiyə gəldi! Çadda yeni dövr

2025/02/1739175445.jpg
Oxunub: 566     20:00     10 Fevral 2025    
Çad və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, türkiyəli mütəxəssislər “Abéché” aviabazasından istifadə edəcək və Çad personalına Pilotsuz Uçuş Aparatı (PUA) təlimi keçəcəklər.

Ordu.az “Savunmasanayist.com”a istinadən xəbər verir ki, Türkiyə ilə Çad arasında 2025-ci il yanvarın 16-da mühüm hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.

Razılaşmaya əsasən, Çadın şərqindəki “Abéché “ aviabazası Türkiyə ordusunun istifadəsinə açılacaq. Bu sayədə Çad Silahlı Qüvvələrinin şəxsi heyətinin müdafiə sənayesi məhsulları üzrə təlim imkanları artırılacaq.

Türkiyənin Çaddakı səfiri Cem Utkan ilə Çad hökumət rəsmiləri arasında keçirilən görüşdə ölkənin şərqindəki “Abéché” aviabazasının türkiyəli hərbi mütəxəssislərinin istifadəsinə verilməsinə qərar verilib.

Bu çərçivədə Çad Hərbi Hava Qüvvələri personalına Türkiyə istehsalı PUA-lardan istifadə mövzusunda təlim keçiləcək. İki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək üçün birgə təlimlər keçiriləcək.

Bu inkişaf Fransa qüvvələrinin 2025-ci il yanvarın 11-də “Abéché” aviabazasından çıxarılmasından cəmi bir həftə sonra baş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Türkiyə   Fransa  


Bizi "telegram"da izləyin