Avropa və Kanada 2024-cü ildə müdafiə xərclərini 20% artırıb

2025/02/1739174910.jpg
Oxunub: 446     11:18     11 Fevral 2025    
NATO-nun baş katibi Mark Rutte verdiyi açıqlamada NATO-nun Avropa üzvləri və Kanadanın müdafiə xərclərinin 2024-cü ildə əvvəlki illə müqayisədə 20% çox olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp NATO üzvlərinə səlahiyyətlərinin ilk dövründə tez-tez tələb etdiyi müdafiə xərclərini artırmaq çağırışlarını gücləndirib.

Bir çox üzvlər Trampın mesajına qulaq asdıqlarını və xüsusən də Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra hərbi xərclərini artırdıqlarını göstərmək istəyirlər.

NATO alyansın ABŞ xaricindəki üzvlərinin ümumi müdafiə xərclərini 20% artıraraq, 485 milyard dollara çatdırdığını açıqlayıb.

“Mən gələn həftə müdafiə nazirlərini NATO-da qəbul etməyi və müdafiəyə daha çox, daha yaxşı sərmayə qoymağı müzakirə etməyi səbirsizliklə gözləyirəm”, - deyə Rutte qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Kanada   Hərbi   Xərc  


Bizi "telegram"da izləyin