Fransa əlavə 530 ədəd “Serval Appui” SCORPION zirehli vasitəsi sifariş edib

2025/02/1739172254.jpg
Oxunub: 584     17:02     11 Fevral 2025    
Fransa Müdafiə Nazirliyi SCORPION proqramı çərçivəsində davam edən modernləşdirmə işləri çərçivəsində əlavə 530 ədəd “Serval Appui” SCORPION zirehli vasitəsi sifariş edib.

Ordu.az xəbər verir ki, müvafiq inkişafı müdafiə naziri Sebastyan Lekornü rəsmi “X” hesabında açıqlayıb.

Lekornü bu zirehli vasitələrin təhvilinin 2025-ci ilin sonundan 2031-ci ilə qədər mərhələli şəkildə həyata keçiriləcəyini açıqlayıb.

Bu çərçivədə müqavilə “Texelis” və KNDS “France” tərəfindən yaradılan sənaye konsorsiumu tərəfindən imzalanıb. Zirehli vasitənin yeni partiyası müxtəlif əməliyyat bölmələrində yerləşdiriləcək.

Beləliklə, “Serval” zirehli vasitələri ilə Fransa Silahlı Qüvvələrinin yaşamaq qabiliyyətini, hərəkətliliyini və kommunikasiya imkanlarını daha da artırmaq hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Serval-Appui   SCORPION  


Bizi "telegram"da izləyin