Almaniya Argentinanın gələcək sualtı qayıq bazarında Fransanı geridə qoymağa çalışır

2025/02/1739168654.jpg
Oxunub: 474     14:40     11 Fevral 2025    
Bir vaxtlar Argentina Hərbi Dəniz Qüvvələrinin (ARA) böyük xüsusi iqtisadi zonanı (təxminən bir milyon km²) qorumaq üçün 3 sualtı qayığı var idi.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ancaq bu bölgə Çin balıqçılarının tez-tez ziyarət etdiyi bir ərazi kimi xüsusilə diqqət çəkir.

2017-ci ildə ARA “San Juan” sualtı qayığının faciəvi itkisindən və ARA “Santa Cruz”un modernləşdirilməsinin ləğvindən sonra Argentina Hərbi Dəniz Qüvvələrində (HDQ) yalnız ARA “Salta” (Type 209) qalıb.

Lakin bu sualtı qayıq indi yalnız təlim məqsədləri üçün istifadə edilə bilər və su altında fəaliyyət göstərə bilməz.

Buna görə də Argentina HDQ üçün 3 yeni sualtı qayığın alınması əsas prioritet halına gəlib.

Hazırda Fransanın “Naval Group” şirkətinin istehsal etdiyi “Scorpène” modeli Almaniyanın “ThyssenKrupp Marine Systems” (TKMS) şirkətinin yeni nəsil “Type 209” modeli ilə rəqabət aparır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Argentina  


Bizi "telegram"da izləyin