Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamaya görə, Sibiqa rəsmi danışıqlar üçün Ukraynaya gələn Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşüb.
Nazirlikdə keçirilən ikitərəfli görüşdə yanvar ayında Ukrayna ilə Britaniya arasında imzalanmış “100 illik tərəfdaşlıq” sazişinin icrası ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə müharibənin davam etdiyi Ukraynaya silah dəstəyinin davam etdirilməsi və ölkənin hərbi sənayesinə xarici investisiyaların cəlb edilməsi məsələsi də müzakirə olunub.
Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında danışan Sibiqa Lemmi ilə Kiyevdə görüşməkdən məmnun olduğunu bildirib.
Britaniyanın ölkəsinə etdiyi yardımların əhəmiyyətini vurğulayan Sibiqa hərbi yardımın və Londonun Rusiyaya qarşı sanksiyalarının həyata keçirilməsinin xüsusilə vacib olduğunu qeyd edib.
Sevinc Əliyeva
Ordu.az