Almania ordusu “Rheinmetall” ilə rəqəmsallaşacaq: 1,88 milyard avro

2025/02/1738833732.jpg
Oxunub: 480     15:12     07 Fevral 2025    
Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall” Almaniya Silahlı Qüvvələrinin (Bundesver) rəqəmsallaşdırılması üçün 1,88 milyard avro dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Rheinmetall”ın açıqlamasında bildirilib.

Açıqlamada bildirilib ki, “Rheinmetall Electronics GmbH” platforma əsaslı rabitə sisteminin inkişafı üçün Almaniya ordusundan sifariş alıb.

Açıqlamada müqavilənin 10 il müddətinə bir neçə milyard avro dəyərində olduğu və ilk mərhələdə 1,88 milyard avroluq sifarişlərin alındığı vurğulanıb.

Qeyd edilib ki, sözügedən rabitə şəbəkəsinin çatdırılması 2026-2029-cu illər arasında həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almania   Rheinmetall  


Bizi "telegram"da izləyin