Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

2025/02/1738830743.jpg
Oxunub: 328     12:17     06 Fevral 2025    
Bu il Polşa ordusunda hərbçilərin sayı 230 minə çatdırılacaq.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Orduda hərbçilərin sayı artırılacaq. İlin sonuna qədər orduda təxminən 230 min əsgər, o cümlədən 150 mindən çox peşəkar hərbçi olmalıdır. Biz hərbi xidmətə və hərbi akademiyalara qəbul prosesini sadələşdiririk", - nazir qeyd edib.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, Polşa ordusu 144 min peşəkar hərbçi də daxil olmaqla 206 min hərbçidən ibarətdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Hərbçi   Ordu  


Bizi "telegram"da izləyin