Fransa hesabatı: Türkiyədən SCAF layihəsinə “yaşıl işıq”

2025/02/1738830693.jpg
Oxunub: 575     14:56     07 Fevral 2025    
Fransa Senatının Xarici İşlər və Müdafiə Komitəsinin dərc etdiyi son hesabatda Türkiyənin Fransa, Almaniya və İspaniyanın rəhbərlik etdiyi yeni nəsil döyüş təyyarəsi proqramı olan Gələcəyin Döyüş Hava Sisteminə (SCAF/FCAS) töhfə verməkdə maraqlı olduğu vurğulanıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fransa Senatının iddiasına görə, Türkiyənin SCAF proqramına marağı Böyük Britaniyanın rəhbərlik etdiyi, İtaliya, İsveç və Yaponiyanın iştirak etdiyi rəqib “Tempest” layihəsinin kölgəsində ortaya çıxır.

Bu iki rəqib Avropa proqramının mövcudluğu qitədə müdafiə sahəsində əməkdaşlığın gələcəyi ilə bağlı suallar yaradır.

Hesabatda qeyd edilib: “Nümayəndə heyətinin üzvləri hesab edirlər ki, bu senator səfərindən sonra yenidən qurulmuş siyasi dialoqun davam etdirilməsində iki ölkə arasında etimadın möhkəmləndirilməsi prioritet məqsəd olmalıdır”.

Həmçinin vurğulanıb ki, bu zəruri etimad qarşılıqlı hörmətə və iki ölkənin Aralıq dənizində əvəzsiz rolunun tanınmasına əsaslanmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SCAF  


Bizi "telegram"da izləyin