“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb

2024/03/1711639607.jpg
Oxunub: 449     10:50     06 Fevral 2025    
“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb, zərərçəkənlər istintaq materiallarıilə tanış olurlar.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə vəkil məlumat verib.

Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində "Piknik" qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib.

Son məlumatlara görə, 144 nəfər ölüb, 551 nəfər xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Crocus-City-Hall   Terror  


Bizi "telegram"da izləyin