Çin ordusu “Sülh - 2025” təlimləri üçün Pakistana iki gəmi göndərəcək

2025/02/1738819662.jpg
Oxunub: 3064     08:35     06 Fevral 2025    
Çin Xalq Azadlıq Ordusu “Sülh - 2025” çoxtərəfli hərbi təlimlərində iştirak etmək üçün Pakistana iki gəmi göndərəcək.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarənin “WeChat” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, Pakistan Silahlı Qüvvələrinin dəvətinə cavab olaraq Pekin fevralın birinci yarısında “Baotou” esminesini və “Qaoyuhu” gəmisini göndərəcək. Qarşıdakı manevrlərə dəniz təchizatı və piratlarla mübarizə kimi əməliyyatlar daxil olacaq.

Bundan əlavə, hava hücumundan müdafiə sahəsində axtarış-xilasetmə missiyaları və əlaqələndirilmiş hərəkətlərin təlimi planlaşdırılır. Qeyd olunur ki, tədbirlərin əsas məqsədi dəniz təhlükəsizliyinin birgə təmin edilməsi üzrə bacarıqların təkmilləşdirilməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Sülh-2025   Pakistan  


Bizi "telegram"da izləyin