KİV: Kanada - ABŞ sərhədində qanunsuz miqrantların saxlanılması zamanı bir nəfər ölüb

2025/02/1738819589.jpg
Oxunub: 462     09:16     06 Fevral 2025    
Kanada – ABŞ sərhədini keçməyə cəhd edən 15 nəfər saxlanılıb, 1 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə CTV telekanalı Kanada Milli Polisinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yanvarın ortalarında və fevralın əvvəlində ABŞ ilə həmsərhəd olan Alberta və Manitoba əyalətlərində qanunsuz mühacirlərin nüfuz etməsi ilə bağlı üç cəhd qeydə alınıb. Saxlanılanlar arasında ən azı dörd uşaq var. Polis tərəfindən təqib edilən bir kişinin "özünə vurduğu güllə yarası nəticəsində" öldüyü iddia olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ABŞ  


Bizi "telegram"da izləyin