Ordu.az xəbər verir ki, İkinci “Tayfun” ballistik raketi və Türkiyənin ballistik raket araşdırmaları haqqında məlumat verib.
“Ölkəmizin ballistik raket tədqiqatlarını biz həyata keçiririk. “Tayfun” artıq kütləvi istehsalda olan bir layihədir. İstər istehsal, istərsə də çeşidin genişləndirilməsi üzrə işimiz bütün gücümüzlə davam edir. İnşallah, hamımız ölkəmizin ballistik raketlərə görə dünyanı qabaqlayacağı bir dövr yaşayacağıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ROKETSAN həm “yer-yer”, həm də “hava-yer” tipli ballistik raketlər hazırlayıb və hazırlamağa davam edir. “Yıldırım”, “Bora”, “Tayfun” və “Cenk” raketləri 150 km-dən 2000+ km-ə qədər mənzilə malik “yer-yer” tipli ballistik raket sistemləridir.
“Yıldırım”, “Bora” və “Tayfun” seriyalı istehsala daxil olmuş məhsullardır. 2000 km və daha çox məsafələrə çatacaq CENK üçün inkişaf etdirmə və sınaq işləri davam edir.
Sevinc Əliyeva
Ordu.az