Tailandda partlayış nəticəsində 10 nəfər xəsarət alıb

2025/01/1736750875.jpg
Oxunub: 1708     10:32     13 Yanvar 2025    
Tailandın cənubunda yerləşən Pattani əyalətində polis məntəqəsinin yaxınlığında yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində yerli müdafiə qüvvələrinin 10 tailandlı könüllüsü yaralanıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, motosiklə bərkidilmiş bomba polis əməkdaşları və yerli müdafiə qüvvələrinin hərbiləşdirilmiş dəstələrini təmsil edən reyncerlərin səhər düzülüşü zamanı partlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tailand  


Bizi "telegram"da izləyin