İranda qadın hüquq müdafiəçisi həbsxanada ölüb

2025/01/1736749921.jpg
Oxunub: 385     10:19     13 Yanvar 2025    
İranın Varamin şəhərinin Qarçak rayonundakı həbsxanada hüquq müdafiəçisi Fərzanı Bijnipur tibbi yardım edilməməsi səbəbindən ölüb.

Ordu.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Məlumata görə, Fərzanə Bijnipur özünü pis hiss edib və onu xəstəxanaya aparıblar. O, hospitalda ölüb.

Bildirilib ki, son illər İran həbsxanalarında tibbi yardımla bağlı problemlər yaşandığına dair məlumatlar yayılıb. Məhbuslar, o cümlədən siyasi dustaqlar tibbi yardım edilməməsi səbəbindən ölüblər.

Hakimiyyət həbsxanalarda dustaqların işgəncəyə məruz qalması faktlarını təkzib edir. İranlı hüquq müdafiəçiləri Tehran əyalətindəki Kərhizak həbsxanasını “qadın və uşaqlar üçün cəhənnəm” adlandırırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Həbsxana  


Bizi "telegram"da izləyin