Ordu.az-ın “Yonhap” agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yayıb.
Bildirilib ki, bu yüksək göstəricinin səbəbi ölkənin ordusunun müasir müharibə texnologiyasından anlayışı olmaması, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə edə bilməməsidir.
Kəşfiyyat məlumatlarına əsasən, Koreya Xalq Demokratik Respublikasından olan komandirlər hərbçilərə əsir düşməmək üçün intihar etmək əmrini verib.
Aralarında kəşfiyyatçıların da olduğu əsirlər isə ölkələrinə göndərilməkdən imtina ediblər.
Ordu.az