Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 24-ə çatıb

2025/01/1736742565.jpg
Oxunub: 608     06:25     13 Yanvar 2025    
Kaliforniyada baş verən yanğınlarda azı 24 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “ABC News” Los-Anceles dairəsinin Tibbi Ekspertiza İdarəsinin hesablamalarına istinadən məlumat yayıb.

"İton” yanğınında 16 nəfərin və “Paliseyds" yanğınında 8 nəfərin öldüyü təsdiqlənib", - telekanalın materialında deyilir.

Xatırladaq ki, bundan əvvəl 16 nəfərin öldüyü bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaliforniya   Yanğın  


Bizi "telegram"da izləyin