Ordu.az-ın İsrail Müdafiə Ordusunun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Livanda "Hizbullah" hərəkatının bir sıra hədəfləri bombardman olunub.
“Vurulan hədəflər arasında raket buraxılış qurğusu, hərbi obyekt və Suriya-Livan sərhədi boyunca silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlar olub”, - məlumatda bildirilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Ordu.az