ABŞ Çin hakerlərini kritik infrastruktura toxunmaqda ittiham edib

2025/01/1736742196.jpg
Oxunub: 719     09:44     13 Yanvar 2025    
Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey Çini ABŞ-nin kritik infrastrukturuna zərərli proqramlar yerləşdirməkdə ittiham edib.

Ordu.az-ın məlumatına görə, onun fikirlərini CBS telekanalı sitat gətirib.

Rey müsahibəsində deyib ki, çinli hakerlər su təmizləmə sistemlərinə, enerji şəbəkələrinə, qaz kəmərlərinə və telekommunikasiya sistemlərinə nüfuz edərək, onlara istədikləri vaxt ABŞ-nin infrastrukturuna ciddi ziyan vurmaq imkanı qazanıblar.

O vurğulayıb ki, Çinin fəaliyyəti sadə kibercasusluqdan kənara çıxır, nəqliyyat, su təchizatı və enerji kimi sektorlara təsir göstərərək, ABŞ-nin milli təhlükəsizliyini pozmağa yönəlmiş məqsədyönlü hərəkətləri təmsil edir.

Reyin sözlərinə görə, Çin artıq bu əsas sahələrə real ziyan vurmaq imkanlarına malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Haker  


Bizi "telegram"da izləyin