Xorvatiya DSK: Zoran Milanoviç seçkilərdə 74,66 % səslə qalibdir

2025/01/1736741575.jpg
Oxunub: 340     01:34     13 Yanvar 2025    
Xorvatiyanın seçki məntəqələrinin 99,48 %-nin məlumatlarına əsasən ölkənin hazırkı lideri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda səslərin 74,66 %-ni toplayıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə respublikanın Dövlət Seçki Komissiyasından (DSK) məlumat verilib.

Məlumata görə, 6 720 seçki məntəqəsindən 6 755-dən alınan məlumatlara əsasən Milanoviç 1 114 383 seçici səsini (74,66 %) toplayıb. Hakim "Xorvatiya Demokratik Birliyi" Partiyası tərəfindən dəstəklənən müstəqil namizəd Draqan Primoratz isə 378 172 səs (25,34 %) toplayıb.

Qeyd edilir ki, seçici fəallığı 44,16 % təşkil edib.

Milanoviç ötən il dekabrın 29-da keçirilən ilk turda seçicilərin 49,09 %-nin, onun əsas rəqibi Primoratz isə 19,35 %-nin dəstəyini qazanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   Seçki  


Bizi "telegram"da izləyin