İranın XİN rəhbəri BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi ilə görüşüb

2025/01/1736708045.jpg
Oxunub: 478     22:53     12 Yanvar 2025    
İranın Xarici İşlər Naziri Seyid Abbas Araqçi Tehranda BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Hans Grundberqlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə İran XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı Araqçı, İran İslam Respublikasının Yəməndə vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş BMT-nin rolu və səylərini dəstəklədiyini bir daha vurğulayıb.

BMT-nin Yəmən üzrə Xüsusi Nümayəndəsi isə İran İslam Respublikası ilə davamlı məsləhətləşmə və dialoqun vacibliyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BMT  


Bizi "telegram"da izləyin