Makronun reytinqi son altı ilin ən aşağı səviyyəsinə çatıb

2024/09/7d22a-1726635115.jpg
Oxunub: 449     19:15     12 Yanvar 2025    
Fransa prezidenti Emmanuel Makronun reytinqi azalmaqda davam edir və son altı ilin ən aşağı səviyyəsinə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti üçün keçirilən Ipsos-un sorğusuna əsasən məlumat yayılıb.

Yanvarın 12-də dərc edilən sorğunun nəticələri göstərir ki, Fransa liderinin reytinqi 2024-cü ilin noyabrı ilə müqayisədə iki pillə azalaraq 21%-ə düşüb. Beləliklə Makronun bəyənmə reytinqi ən aşağı nöqtəyə çatıb.

Məlumata görə, Makronun bəyənmə reytinqi 12 bal aşağı düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Reytinq  


Bizi "telegram"da izləyin