Tokio raket ələ keçirmə sistemlərini sınamaq üçün kosmik yük gəmilərindən istifadə edəcək

2020/01/2018--1579678896.jpg
Oxunub: 500     17:37     12 Yanvar 2025    
Yaponiya Müdafiə Nazirliyi hipersəsli raketlərin buraxılışını qeydə almaq üçün avadanlığın sınağında Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük çatdırmaq üçün hazırlanmış yeni pilotsuz HTV-X nəqliyyat gəmilərindən istifadə etməyi planlaşdırır.

Ordu.az “Nikkei” qəzetinə istinadən xəbər verir ki, onların həmçinin Ay orbitində daimi baza yaradılması proqramında istifadə edilməsi nəzərdə tutulur.

Məlumata görə, ilk pilotsuz HTV-X yük gəmisinin 2026-cı ilin martınadək BKS-ə göndərilməsi planlaşdırılır. BKS-ə yükləri çatdırdıqdan sonra o, təxminən bir il ərzində hipersəsli döyüş bloklarının buraxılışını və uçuşunu qeydə almaq üçün quraşdırılmış infraqırmızı avadanlığı sınaqdan keçirərək Yer ətrafında fırlanacaq.

Nəşrin məlumatına görə, sonradan bu sensorlarla hazırda Yaponiyada ABŞ ilə əməkdaşlıq çərçivəsində hazırlanan casus peykləri təchiz ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Kosmos  


Bizi "telegram"da izləyin