Ordu.az xəbər verir ki, “Elbit Systems”, “Rafael Advanced Defence Systems” və “Israel Aerospace Industries” (IAI) şirkətlərindən ibarət İsrail müdafiə sənayesi silah satışında tarixi rekorda imza atmağa hazırlaşır.
Məlumata görə, bir ildən artıqdır ki, döyüş meydanında özünü doğrultmuş “Dəmir Günbəz” və “Arrow” raketləri kimi müdafiə sistemləri xarici tərəflər arasında bu cür satışlara səbəb olub.
IAI tərəfindən inkişaf etdirilən “Barak” MX İnteqrasiya Edilmiş Hava Hücumundan Müdafiə Sisteminin alınması üçün 560 milyon avroluq müqavilə imzalayan Slovakiya Müdafiə Nazirliyinin bəyanatı da bu vəziyyəti təsdiqləyir.
Sevinc Əliyeva
Ordu.az