Türkiyənin Çorum vilayətində HHM sistemi qurulur

2025/01/1736579921.jpg
Oxunub: 861     17:17     12 Yanvar 2025    
Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda fəaliyyət göstərən müdafiə sənayesi şirkətlərini qorumaq üçün Hava Hücumundan Müdafiə (HHM) sistemi qurulur.

Ordu.az xəbər verir ki, Sunqurlu Mütəşəkkil Sənaye Bölgəsində (MSB) fəaliyyət göstərən müdafiə sənayesi şirkətlərini qorumaq üçün hava hücumundan müdafiə sistemi qurulur.

OSB-də yerləşən İxtisaslaşdırılmış Müdafiə Sənayesi şəhərciyinin giriş-çıxışları jandarma qrupları tərəfindən quru və hava hücumlarına qarşı antidron sistemləri, habelə digər texnoloji cihaz və avadanlıqlarla qorunur.

Bundan əlavə, bölgənin təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün HHM sisteminin qurulması işlərinə başlanılıb. Sistem işə düşdükdən sonra havadan və ya qurudan gələ biləcək istənilən hücum aradan qaldırılacaq.

Digər tərəfdən qarşıdakı dövrdə bölgədə hərbi birlik yaradılacağı və bölgənin təhlükəsizliyinin tamamilə hərbi qulluqçular hesabına təmin ediləcəyi bildirilib.

OSB-də barıt, mərmi, kapsul, C4 plastik partlayıcı qurğusu, raket, minaatan, artilleriya sursatı və lülələr istehsal edən zavodlar fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Çorum  


Bizi "telegram"da izləyin