Ordu.az xəbər verir ki, çətin bölgələrə humanitar yardım və logistika materiallarını tez və təhlükəsiz şəkildə çatdırmaq potensialına malik olan Çinin helikopter tipli PUA-sı görüntülənib.
Yeni PUA xüsusilə ənənəvi metodların çətinliklə üzləşdiyi ərazilərdə logistika dəstək qabiliyyətini artırmağı hədəfləyir.
Məlumata görə, helikopter dizaynı sayəsində PUA dar məkanlarda manevr qabiliyyətinə malikdir.
Yeni PUA bu sayədə həm hərbi logistika, həm də fövqəladə müdaxilələrdə kritik bir vasitə kimi önə çıxacaq.
Çin rəsmiləri bildirirlər ki, bu texnologiya xüsusilə çətin və əlçatmaz ərazilərdə böyük rahatlıq təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az