Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində İtaliya ordusuna 76 ədəd VBM PLUS zirehli vasitəsi təhvil veriləcək, onlardan 60-ı “Combat” variantı, 16-sı isə idarəolunan tank əleyhinə imkanlarla təchiz edilmiş “Antitank” variant olacaq.
Müqaviləyə hazırda xidmətdə olan VBM platformalarının PLUS versiyasına təkmilləşdirilməsi də daxildir.
Məlumata görə, VBM “Combat” və “Antitank”ın PLUS versiyasında hazırlanması həm vasitədə, həm də qüllədə dəyişikliklər gətirir.
Vasitələrə müdafiə sənayesi istehsalçısı “Leonardo” tərəfindən hazırlanan yeni 30 mm-lik top, X-GUN və qüllə inteqrasiya olunub.
Sevinc Əliyeva
Ordu.az