Slovakiya Ukraynaya minatəmizləmə sistemləri göndərəcək

2024/12/1734583795.jpg
Oxunub: 672     05:07     19 Dekabr 2024    
Slovakiya hökuməti Ukraynaya növbəti humanitar texniki yardım partiyasının göndərilməsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynaya beş ədəd BOZENA minatəmizləmə sistemi və ehtiyat hissələri ilə birlikdə iki ədəd toksik kimyəvi maddələrin məsafədən aşkarlanması cihazı veriləcək.

Agentliyin məlumatına görə, bu texniki yardım partiyasının çatdırılması bu ilin dekabrından 2025-ci ilin mayına qədər həyata keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Ukrayna  


Bizi "telegram"da izləyin