Hakan Fidan fransalı həmkarı ilə telefonla danışıb

2024/12/1734583264.jpg
Oxunub: 569     03:16     19 Dekabr 2024    
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Fransanın xarici işlər naziri Jan Noel Barrot ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə telefon danışığı zamanı əsas gündəm maddə Suriyadakı hadisələr olub.

Fidan Suriyada keçid prosesinin dinc, əhatəli və davamlı şəkildə irəliləməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb.

O, beynəlxalq ictimaiyyətin bu prosesdə Suriya xalqına hər sahədə güclü dəstək verməsinin vacibliyinə diqqət çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Fransa  


Bizi "telegram"da izləyin