Suriyanın mexaniki davamı olacaq? Türkiyə və Rusiya Qafqazla bağlı nə düşünür?

2024/12/1734495862.jpg
Oxunub: 812     10:23     19 Dekabr 2024    
Suriyadakı uğurundan ruhlanan Türkiyə bunu ümumən Qafqazda davam etdirməyə zərurət görmür. Çünki Türkiyə zatən Qafqazdadır və proseslər olduqca aktivdir. Suriya hadisələri fonunda bununla bağlı müxtəlif qiymətləndirmələr var. Qeyd etmək lazımdır ki, burada mexaniki, belə demək mümkündürsə, “daxili” nəticələr bəlkə də dəqiq olmayacaq.

Təbii ki, Türkiyə Suriyada təsirini artırıbsa, bu, avtomatik olaraq digər ərazilərdə də eyni məna daşıya bilər. Habelə vəziyyətin Qafqaza mümkün təsiri Suriyadakı vəziyyətin dəyişməsinin Rusiya, İran və Türkiyə arasında münasibətlərin hansı məntiqi ilə müşayiət olunduğundan asılıdır.

Məsələn, unutmaq olmaz və bəlkə də mütəmadi olaraq qeyd etmək lazımdır ki, Suriyada Hələb istiqamətində aktiv hərbi əməliyyatlar gedən ərəfədə Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Bundan əlavə, Rusiya tərəfi, məsələn, bununla bağlı açıqlamada Suriya mövzusuna hər hansı bir şəkildə toxunmayıb. Buna görə də belə qənaətə gəlmək mümkündür ki, Suriyada gözlənilən, baş verən hadisələr - bu hadisələr Moskva üçün hər hansı bir mənada, hər hansı bir nöqteyi-nəzərdən gözlənilməz ola bilməzdi - Moskva üçün böyük əhəmiyyətə malik olmayıb.

Yəni Rusiya Suriyadakı vəziyyəti saxlamağa çalışmayıb. Prosesdə prezidentlər və xarici işlər nazirləri səviyyəsində Rusiya-İran, Rusiya-Türkiyə, Türkiyə-İran təmasları olub, məsələn, dekabrın 5-də Putilə Ərdoğan arasında yenidən telefon danışığı baş tutub. Yəni hadisələrin Astana üçlüyü arasında müəyyən səviyyədə ünsiyyətlə inkişaf etdiyi şübhə doğurmur. Bu, mütləq razılıq demək deyil, lakin status-kvonun dəyişməsinə qarşı müəyyən ümumi qarşılıqlılıq kifayət qədər nəzərə çarpır.

Əlbəttə, hər kəsin öz hesablaması var, lakin bu, bəlkə də hər hansı bir şəkildə digər əsas regionda da ümumi kommunikasiyanı istisna etməyəcək. Sözügedən digər əsas region bu mənada 3 ölkə üçün daha dar məna daşıyır, daha da “açıq” Yaxın Şərqdən fərqli olaraq “arxa bağça” məntiqinə malikdir.

Buna görə də Suriyanın “mexaniki” davamı Qafqaz məsələsində işləyə də bilər, işləməyə də…

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Qafqaz   Suriya  


Bizi "telegram"da izləyin