Bosniya serblərinin lideri xəstəxanaya yerləşdirilib

2024/12/1733685071.jpg
Oxunub: 463     23:43     08 Dekabr 2024    
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Bosniya serblərinin liderinin ofisi məlumat yayıb.

Məlumata görə, dekabrın 8-də günorta saatlarında o, Belqradda müayinə olunub, daha sonra ilkin diaqnoza əsasən, qida borusu və mədəsində cərrahiyyə əməliyyatı nəzərdə tutulub.

Digər təfərrüatlar hələ açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dodik   Serb  


Bizi "telegram"da izləyin