CBS: Ağ Ev Əsədin harada olduğunu bilmir

2024/12/1733203359.jpg
Oxunub: 390     19:41     08 Dekabr 2024    
Vaşinqton administrasiyasında Suriya prezidenti vəzifəsindən istefa vermiş Bəşər Əsədin harada olduğu barədə məlumat yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

"Ağ Ev CBS telekanalına bildirib ki, Əsədin harada olması barədə heç bir məlumatı yoxdur", - telekanal qeyd edir.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett bildirib ki, ABŞ prezidenti Co Bayden Suriyadakı vəziyyətin inkişafını diqqətlə izləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əsəd  


Bizi "telegram"da izləyin