Suriyanın ədliyyə naziri: “Siyasi keçid prosesi problemsiz olacaq”

2024/12/1733633549.jpg
Oxunub: 439     17:39     08 Dekabr 2024    
Suriyanın ədliyyə naziri Əhməd Səid hesab edir ki, respublikada hakimiyyətin ötürülməsi problemsiz gedəcək.

Ordu.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə televiziyası məlumat yayıb.

Nazir televiziyaya verdiyi şərhdə "Siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.

Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Ədliyyə  


Bizi "telegram"da izləyin