Dəməşqdə komendant saatı tətbiq edilib

2024/12/1733648628.jpg
Oxunub: 561     17:59     08 Dekabr 2024    
Suriyanın paytaxtı Dəməşqdə komendant saatı tətbiq edilib.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın "Əl Vətən" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hərbi komandanlıq Dəməşqdə saat 16:00-dan 05:00-a qədər (Bakı vaxtı ilə 06:00) komendant saatı tətbiq edir.

Bundan əvvəl Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa ölkədə keçid hakimiyyətinin formalaşmasına başlandığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dəməşq  


Bizi "telegram"da izləyin