Ordu.az xəbər verir ki, Berbok Rusiyaya məxsus bir döyüş gəmisinin kəşfiyyat missiyasını yerinə yetirən Almaniyaya məxsus hərbi helikopterə xəbərdarlıq/siqnal sursatı atdığını bildirib.
Berbok istifadə olunan helikopterin növü barədə məlumat verməyib.
Xəbərdarlıq sursatı ümumiyyətlə fövqəladə hallarda və ya rabitə məqsədləri üçün istifadə olunan mərmi növü kimi tanınır. Bu sursat birbaşa silah kimi nəzərdə tutulmasa da, potensial təhlükə yarada bilər.
Berbok bildirib ki, bu hadisədən sonra Baltik dənizində kritik infrastrukturları qorumaq üçün müşahidə fəaliyyətlərini artıracaqlar.
Bu bəyanat “Şimal axını” boru kəmərində baş verən partlayışlar və sualtı rabitə kabellərinin kəsilməsi kimi hadisələrdən sonra verilib. Kəsilmiş kabellərlə bağlı araşdırmalar davam edərkən, Çin yük gəmisinin şübhəli hərəkətləri araşdırılır.
NATO-nun Baş katibi Mark Rutte bəyan edib ki, Rusiya və Çin təxribat, kiberhücum və dezinformasiya kimi üsullarla NATO ölkələrinə təzyiq göstərməyə çalışır.
Rutte bu təhdidlərin Ukraynaya dəstəyi azaltmayacağını və NATO müttəfiqlərinin kritik infrastrukturu qorumaq üçün kəşfiyyat məlumatlarının mübadiləsini artıracağını qeyd edib.
Sevinc Əliyeva
Ordu.az