Suriya müxalifəti Homsdakı rejim qüvvələrini şəhəri tərk etməyə çağırıb

2024/12/1733546894.jpg
Oxunub: 553     08:36     07 Dekabr 2024    
Suriyada müxalif silahlı qrupların irəliləməsi davam edir.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həma şəhərinin mərkəzini ələ keçirərək Dəməşqə doğru irəliləyən Suriya müxalifəti növbəti şəhər olan Homs şəhərinə yaxınlaşır.

Azad Suriya Ordusunun Hərbi Əməliyyatlar İdarəsinin komandiri Həsən Əbdülqəni Homsdakı rejim qüvvələrinə son dəfə çağırış edərək şəhərin tezliklə ələ keçiriləcəyini deyib. O, rejim qüvvələrinə şəhəri tərk etməyə son bir şans verildiyini bildirib.

İordaniya sərhədində yerləşən Dera vilayətinin mərkəzi də müxalif qrupların nəzarətinə keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Müxalifət   Homs  


Bizi "telegram"da izləyin