Almaniya XİN: Ukraynaya hərbçilərimizin göndəriləcəyini istisna etmirik

2024/11/Ekran-1732192336.jpg
Oxunub: 381     12:58     04 Dekabr 2024    
Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynaya mümkün atəşkəsə riayət edilməsi üçün alman hərbçilərin göndərilməsini istisna etməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri yazır.

"Ukrayna və Rusiya arasında atəşkəs olacağı təqdirdə, sülhün təmin edilməsi üçün alman əsgərləri də cəlb edilə bilər", - nəşr onun sözlərini sitat gətirib.

Ötən həftə Avropa İttifaqının diplomatiyasının yeni rəhbəri Kaya Kallas mümkün atəşkəs naminə Avropa ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyini bildirmişdi.

“Monde”nin məlumatına görə, Fransa və Böyük Britaniya Ukraynaya Qərb hərbçilərinin göndərilməsi ilə bağlı müzakirələri yenidən başladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   XİN   Ukrayna  


Bizi "telegram"da izləyin