Kanada Almaniya və İsveçrə ilə onlarla təlim təyyarəsi razılaşması əldə edib

2024/12/1733298614.jpg
Oxunub: 406     17:39     06 Dekabr 2024    
Kanada Kral Hərbi Hava Qüvvələri (HHQ) Almaniyada yerləşən müdafiə istehsalçısı “Grob” və İsveçrədə yerləşən müdafiə istehsalçısı “Pilatus” ilə 32 təlim təyyarəsinin çatdırılması üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində Kanada “Grob”dan 23 ədəd G 120TP sistemi, “Pilatus”dan isə 19 ədəd PC-21 sistemi alacaq.

Tədarüklərin müvafiq olaraq 2025 və 2026-cı illərdə başlayacağı açıqlanıb.

Təhvil veriləcək sistemlərin Kanadanın Saskaçevan şəhərindəki “Moose Jaw RCAF” bazasında yerləşdiriləcəyi və Kanada HHQ-nin təlimi üçün istifadə ediləcəyi açıqlanıb.

“Grob”un G 120TP təyyarəsi 10 metr uzunluğunda aşağı qanad quruluşuna malik 8 metrlik platformadır.

“Pilatus” PC-21 isə 11 metr uzunluğa və 9 metr qanad genişliyinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Almaniya   İsveçrə  


Bizi "telegram"da izləyin