Zelenski: Ukrayna bu ay bir neçə HHM sistemi alacaq

2024/11/1732941282.jpg
Oxunub: 378     03:54     04 Dekabr 2024    
Ukrayna dekabrda tərəfdaşlarından bir neçə hava hücumundan müdafiə sistemi alacaq.

Ordu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində açıqlayıb.

"Biz dekabrda bir neçə tərəfdaşdan HHM sistemləri gözləyirik. Yanvarda hava məkanımız üçün müəyyən işlər görülə bilər. Bunun heç bir gecikmə olmadan həyata keçirilməsi zəruridir", dövlət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   HHM  


Bizi "telegram"da izləyin