Almaniya kansleri Ukraynaya dəstəklərini davam etdirəcəklərini təkrarlayıb

2024/12/1733214865.jpg
Oxunub: 377     15:33     03 Dekabr 2024    
Almaniya kansleri Olaf Şolts Ukraynaya verdikləri dəstəkdən əl çəkməyəcəklərini və Ukrayna xalqının yanında olacaqlarını bir daha bəyan edib.

Ordu.az xəbər verir ki, Şolts təmasda olmaq üçün gəldiyi Ukraynanın paytaxtı Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Tərəflər görüşdən sonra təşkil etdikləri birgə mətbuat konfransında danışıblar.

Şolts vurğulayıb ki, Ukraynaya hava hücumundan müdafiə dəstəyi onlar üçün mərkəzi əhəmiyyət kəsb etməyə davam edir.

“İndiyədək biz 5 IRIS-T sistemi, 3 “Patriot” sistemi və 50-dən çox “Gepard” (zenit tankı-red.) tədarük etmişik. 6-cı IRIS-T sistemi və “Patriot” sistemi üçün buraxılış qurğuları dekabrda təhvil veriləcək”, - deyə Almaniya kansleri bildirib.

Almaniyanın Ukraynaya dəstəyinin sarsılmaz olduğunu və dəstəyini azaltmayacağını bildirən Şolts ölkəsinin təxminən 28 milyard avro dəyərində yardımla Ukraynanın ABŞ-dən sonra ikinci ən böyük tərəfdaşı olduğunu da deyib.

Şolts “X” sosial media hesabında etdiyi paylaşımda isə qeyd edib: “Kiyevdən Putinə mesajım budur: Bu işdə uzun müddətdə varıq. Ukraynaya dəstəyimizdən əl çəkməyəcəyik. Nə qədər vaxt aparırsa-aparsın, Ukrayna xalqının yanında olacağıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin