Türkiyə XİN rəhbəri Suriyada müxalifətin tələblərinin heçə sayılmasını xəta adlandırıb

2024/07/1720975084.jpg
Oxunub: 400     14:45     02 Dekabr 2024    
Suriyada başlayan münaqişələrin səbəbi 13 ildən çox müddətdə mövcud olan problemlərin həllini tapmamasıdır.

Ordu.az-ın verdiyi xəbərə görə, Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Abbas Araqçı ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, müxalifətin tələblərinin heçə sayılması və hökumətin siyasi prosesə səmimi yanaşmaması xəta olub:

“Son olaraq isə, mülki şəxsləri atəşə tutmaları vətəndaş müharibəsini alovlandırdı”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin