Putin Şolts vasitəsilə Zelenskiyə heç bir mesaj göndərməyib

2024/12/674d8-1733134496.jpg
Oxunub: 304     13:43     02 Dekabr 2024    
Putin Şolts vasitəsilə Zelenskiyə heç bir mesaj göndərməyib.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kremlin Almaniya Kansleri Olaf Şoltsun Kiyev səfərindən heç bir gözləntisi yoxdur.

Peskov vurğulayıb ki, Almaniya Ukraynanı qeyd-şərtsiz dəstəkləməkdə davam edir, lakin Putinlə Şolts arasında bir müddət əvvəl baş tutan telefon danışığı müsbət haldır.

Qeyd edək ki, Şolts bu gün Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Şolts  


Bizi "telegram"da izləyin