Tramp qudasını Yaxın Şərq üzrə müşavir təyin etmək qərarına gəlib

2024/12/1733079395.jpg
Oxunub: 377     22:45     01 Dekabr 2024    
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp iş adamı Massad Bulosu Yaxın Şərq üzrə baş məsləhətçi təyin etmək niyyətində olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə siyasətçi “Truth” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Massad təcrübəli hüquqşünas və böyük beynəlxalq təcrübəyə malik hörmətli biznesmendir: “O danışıqlar aparan və Yaxın Şərqdə sülhün sadiq tərəfdarıdır”.

İş adamı seçki kampaniyası zamanı seçilmiş prezidenti fəal şəkildə dəstəkləyib.

Qeyd edək ki, Livan əsilli nigeriyalı milyarder Massad Bulos Trampın qudasıdır. ABŞ-nin yeni seçilmiş prezidentinin kiçik qızı Tiffani Tramp 2022-ci ildə Massad Maykl Bulos ilə evlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin