Hələbdə Rusiya-Suriya birgə zərbələri nəticəsində onlarla terrorçu məhv edilib

2024/11/1732956368.jpg
Oxunub: 345     22:27     01 Dekabr 2024    
Rusiya və Suriya hərbçilərinin Hələbin Es-Safira yaşayış məntəqəsinə endirdiyi birgə zərbələr nəticəsində onlarla terrorçu öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın "SANA" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Suriya və Rusiya Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi aviazərbələr nəticəsində Hələbin Es-Safira yaşayış məntəqəsində onlarla terrorçu öldürülüb və yaralanıb", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hələb  


Bizi "telegram"da izləyin