Hakan Fidan və Qətərin Baş naziri Suriyadakı vəziyyəti müzakirə ediblər

2024/12/1733075583.jpg
Oxunub: 416     21:28     01 Dekabr 2024    
Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Sani Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığında Qəzza zolağı və Suriyadakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi “X” hesabında bəyanat yayıb.

Bəyanatda bildirilir ki, tərəflər “Qəzza zolağı, işğal olunmuş Fələstin əraziləri və Suriyadakı son hadisələri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları” müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qətər   Suriya  


Bizi "telegram"da izləyin